Ərəb qadının meyiti tapıldı - Qəbələdəki hoteldə

27 Dekabr 2017 17:40 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb.

Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.