Bu universitetə yeni prorektor təyin edildi

27 Dekabr 2017 17:59 (UTC+04:00)

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov da bundan əvvəl Turizm və Menecment Universitetinin rektoru olub.

AzNews.az