Bakıda itən məktəbli tapılıb

27 Dekabr 2017 19:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Trend-ə 17 nömrəli tam orta məktəbdən verilmiş məlumata görə, məktəbin bir nəfər VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub. Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb. Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.

Onu da qeyd edək ki, həmin şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirddir.

Hazırda uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.