Sankt-Peterburqda partlayış - 10 nəfər yaralandı

28 Dekabr 2017 10:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Təhqiqat Komitəsinin sözçüsü Svetlana Petrenko açıqladığı bəyanatda bildirib:

“İlkin informasiyaya görə, mağazada müəyyən edilməmiş əşya partlayıb. Partlayışa metal parçalardan evdə hazırlanmış bomba səbəb olub. Bombanın gücü trotil ekvivalentində 200 qram olub".

Təhqiqatçılar qətl cəhdi ilə əlaqədar cinayət işi açıblar.

Səhiyyə orqanlarının rəsmilərinin bildirdiyinə görə, yaralananların heç birinin həyatı üçün təhlükə yoxdur.

Hücumun motivləri hələlik aydın deyil.