Donald Tramp 2017-ci ilin yekunlarından danışdı

28 Dekabr 2017 10:15 (UTC+04:00)

AzNews.az Trampın sosial şəbəkədə paylaşdığı tvit-ə istinadən xəbər verir ki, o, Suriya və İraqda əldə olunan qələbələrdən danışıb.

Tramp bəyan edib ki, İŞİD silahlı qruplaşmasının bu ölkələrdə tutduğu ərazilər 9 dəfə azaldılıb.

Belə ki, bu ilin yanvarın 20-də Donald Trampın inauqurasiyası vaxtı 35 min silahlı 17500 kvadrat mil ərazini tuturdu. Dekabrın 21-də isə onların əlində 1900 kvadrat mil ərazinin qaldığı deyilir.