Cinayətinin üstü 12 il sonra açıldığına görə tutulmadı

28 Dekabr 2017 10:53 (UTC+04:00)

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədeliti ilə keçirilən prosesdə hökm oxunub.

E.Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb.

Qeyd edək ki, E.Şıxalıyev vətəndaşların etibarından sui-istifadə onları aldadıb. O, bu cinayəti 12 il əvvəl törədib. E.Şıxalıyev vətəndaşlara torpaq almaq adı ilə 28 min dollar pulunu məniməsəyib.

Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilməyib.

AzNews.az