Belində qaçaqmal keçirmək istədi - Foto

28 Dekabr 2017 11:19 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobillərdən birinin salonunun örtüyündə 900 ədəd, digərinin oturacaqlarında və qapısında 309 qutu pirotexniki vasitə aşkar olunub.

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı isə 32 qutu pirotexniki vasitə aşkarlanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.