Rəşad Sadıqov Bolqarıstandan özünə köməkçi gətirdi

28 Dekabr 2017 13:56 (UTC+04:00)

Apasport.az saytı Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri də bu ölkənin nümayəndəsi olacaq.

Aftandil Hacıyev və Faiq Əzizovla yanaşı, Vladislav Yanuş da U-21-in məşqçi korpusunda yer alacaq. O, komandada fiziki hazırlığa cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Vladislav Yanuş əvvəllər Plovdiv “Lokomotiv”ində və “Beroe”də çalışıb. Son vaxtlar isə o, “Vereya” və “Liteks” klublarında işləyib.

AzNews.az