İtən alpinistləri 3 qrup axtarır - Fotolar

28 Dekabr 2017 14:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov öz "facebook" səhifəsində yazıb. O, bildirib ki, hazırda itən dağçılarımızla əlaqədar Şahyaylaqda qərargah qurulub: “Axtarışa FHN-in xüsusi xilas etmə qrupu da qoşulub. Ümumilikdə 3 qrup - Alpinistlər, FHN-nin xüsusi xilasetmə qrupu və xınalıqlı bir qrup alpinistləri axtarır. Bir də əlavə köməkçi dəstə ilə ümumi komanda qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var”.