Prezident bu şəxslərə “Əməkdar artist” adı verdi

28 Dekabr 2017 15:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar rəssam”

Qurbanov Seyfəddin Əli oğlu

Məmmədov Rəhim Əliağa oğlu.

“Əməkdar artist”

Manafzadə Turan İslam qızı

Məmmədova Elnarə Tofiq qızı

Nuriyev Mais Şükür oğlu.