Prezident üç nəfərə “Dostluq” ordeni verdi

28 Dekabr 2017 16:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis və Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif ediliblər.