“AzTV” və “Mədəniyyət TV” HD yayıma keçir

28 Dekabr 2017 16:53 (UTC+04:00)

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

AzNews.az