Metroda bayramla əlaqədar buz meydançası açıldı - Pulsuz olacaq

28 Dekabr 2017 17:06 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, sintetik buzdan ibarət meydança "Lenin prospekti" və "Qaqarın meydanı" stansiyalarının keçidində quraşdırılıb.

Meydança bütün təhlükəsizlik tədbirlərinə cavab verir, müşahidə kamerası quraşdırılıb və digər sərnişinlərə maneçilik törətmir.

Buz meydançası pulsuz fəaliyyət göstərir. Eyni vaxtda 200 kvadrat metrlik meydançada 30 nəfər sürüşə bilər.

Meydança yanvarın 10-a qədər fəaliyyət göstərəcək.