Həyat yoldaşının əlini kəsdiyi qadın danışdı - Cəzanı sərtləşdirin

28 Dekabr 2017 17:32 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Podmoskovye sakini ərinin zorakılığına qarşı cəzanın sərtləşdirilməyini tələb edib.

Jurnalistlərlə görüşündə o deyib ki, ərinin cəza müddətinin artırılmasını istəyir.

Marqarita Qraçova deyib ki, çox təəssüf ki, indi Rusiyada məişət zorakılığı ilə bağlı cəzalar sərt deyil.

Xatırladaq ki, bu qanlı cinayət dekabrın 11-də baş verib. Ər 26 iki yaşlı uşaq anası olan həyat yoldaşını meşəyə apararaq onu döyüb. 8 rezin və çəkicdən istifadə edərək onun əlini doğrayan ər bunu qısqanclıq zəminində etdiyini açıqlayıb. Həkimlər ağır keçən əməliyyat nəticəsində qadının əlini amputasiya ediblər.