Yevlaxda sərxoş sürücü maneəyə çırpılıb

28 Dekabr 2017 19:53 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub. Hazırda onların vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Yol kənarındakı maneəyə çırpılan avtomobil isə tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.