Səhnə fəaliyyətinin 30 illiyini elə səhnədə qeyd etdi - Foto

28 Dekabr 2017 20:10 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xalq Artistinin həyat və fəaliyyətinin, yaxınlarının, sənət dostlarının onun haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Faiq Ağayevin repertuarından mahnılar səsləndirilib. Daha sonra səhnəyə çıxan Faiq Ağayev sevilən mahnılarını ifa edib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.