Türkiyə və ABŞ arasındakı viza böhranı həll edildi

28 Dekabr 2017 20:42 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, səfirlik təhlükəsizliklə bağlı məsələlərin viza xidmətinin başlaması üçün lazımi səviyyədə olduğunu bildirib.

Türkiyə hökuməti bundan sonra heç bir ABŞ diplomatını vəzifəsini yerinə yetirdiyi üçün həbs etməyəcəkləri barədə təminat verib. Əgər belə bir addım atmağa ehtiyac olarsa, öncə ABŞ hökumətinə məlumat verilməsi barədə razılıq əldə edilib.

Bu qərardan sonra Türkiyə tərəfi də ABŞ vətəndaşları üçün viza müraciətlərini bərpa edib.