Keçmiş əri tərəfindən bıçaqlandı

28 Dekabr 2017 21:03 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, insident Heydər Əliyev 7/12 ünvanında baş verib. Məlumata görə, şəhər sakini qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına bıçaq xəsarətləri yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Fakt Şirvan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.