Ermənistan Türkiyəyə xəbərdarlıq etdi

1 Mart 2013 12:50 (UTC+04:00)
"Türkiyə bu yoldan geri çəkilməlidir". AzNews.az-ın məlumatına görə, bunu fevralın 27-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avstriya Press Agentliyinə verdiyi müsahibəsində deyib.

Nalbadyan Türkiyənin Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək iqtidarında olmadığını bildirib: "Türkiyə Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolu oynaya bilməz. Əgər Türkiyə münaqişənin sülh yolu ilə həll edilməsini istəyirsə, bu istəyindən əl çəkməlidir".

Nalbandyan Türkiyənin 2009-cu ildə iki ölkə rəsmiləri arasında imzalanmış Surix protokollarının ratifikasiya və icra etməkdən yayındığını vurğulayıb: "Türkiyə beynəlxalq münasibətlər prinsipini inkar edir. Ankara əldə edilən razılaşmaya hörmət göstərməli, imzalanmış protokolları qeyd şərtsiz ratifikasiya etməli və həyata keçirməlidir".

Şamxal
AzNews.az