Qubada piyadanı maşın vuraraq öldürüb

28 Dekabr 2017 23:19 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki,Qubanın mərkəzində 90 YA 078 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşın yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.