"Toyota Prado" qadını vurdu

29 Dekabr 2017 10:19 (UTC+04:00)

Lent.az xəbər verir ki, Koroğlu Rəhimov küçəsində "Toyota Prado" markalı, 10 XX 955 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 60-65 yaşlı piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az