Ərinin bıçaqladığı qadından xəbər var - Açıqlama

29 Dekabr 2017 11:30 (UTC+04:00)

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, Şəlalə İsgəndərova hazırda reanimasiya şöbəsindədir:

“Şəlaləni xəstəxanaya axşam gətirdilər, əməliyyat olunub, səhhəti orta-ağırdır”.

Qeyd edək ki, Şirvanda bıçaqlanma olub. Rayon sakini, 1985-ci il təvəllüdlü Elşad Azər oğlu İsgəndərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəlalə İsgəndərovaya öldürmək məqsədi ilə bir neçə bıçaq zərbəsi endirib.

Bahar RÜSTƏMLİ
AzNews.az