Bilal Əliyevə ağır itki: “Qardaşlarımın ikisi də...”

29 Dekabr 2017 14:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətkarın 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.

Bilal Əliyev AzNews.az-a məlumatı təsdiq edib: “Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq”.

Bilal Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.

Bahar RÜSTƏMLİ
AzNews.az