Milli Məclisin dünya azərbaycanlılarına müraciəti

29 Dekabr 2017 14:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.

Müraciətdə milli birliyin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır: “Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasət nəticəsində ölkənin qüdrətlənməsi hər bir azərbaycanlını sevindirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vəzifələrindən biri də azərbaycan dilinin, milli mənəvi dəyərlərin qorunmasıdır. Dünya azərbaycanlıların hər birini xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə çağırırıq ”.