"İcra başçıları sahibkarları incidir" - Millət vəkili

29 Dekabr 2017 14:24 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Sahibkarlıq fəaliyyəti haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, icra başçıları sahibkarlardan aldıqları məhsulun pulunu qaytarmır: “Bayram öncəsi həmin şəxlər kiçik və orta sahibkarlardan 100 min manat dəyərində materaillar götürür, lakin o pulu geri qaytarmırlar. Bəzi vəzifəli şəxslər məhkəmə qərarlarını icra etmir. Hətta bəzilərinin vəzifələri böyüdülür, lakin onlar əməllərindən əl çəkmirlər”.