Qətlə yetiriləndən sonra yandırıldı - Ağstafada dəhşət

29 Dekabr 2017 15:13 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S. Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

AzNews.az