Pensiyaların ödənilməsi başa çatıb

29 Dekabr 2017 17:35 (UTC+04:00)

Bunu "APA-Economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtında yerinə yetirilib.

“Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub. Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.

AzNews.az