Vnukovo aeroportunun 18 milyonuncu sərnişin AZAL-ın sərnişini oldu

29 Dekabr 2017 18:36 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu, AZAL aviaşirkətinin Moskva-Bakı reysinin sərnişini Yelena Buqrimenko olub.

Vnukovo hava limanında bu ilin əvvəlindən davam edən sərnişin axını 2015-ci ildə qeydə alınmış rekord göstəricini geridə qoyub. Həmin il hava limanı 15,815 milyon sərnişinə xidmət göstərmişdi.