Kolumbiyada gecə klubunda qumbara partladı

29 Dekabr 2017 20:46 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb.

Yaralılardan 11-in vəziyyəti ağırdır.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb.