Neftin qiyməti 68 dolları ötdü

29 Dekabr 2017 22:23 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 28-də 67,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 28-də 64,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 28-də 66,14 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.