Prodüser Təranə Səmədovaya cinayət işi açıldı

30 Dekabr 2017 11:02 (UTC+04:00)

Lent.az-ın əldə etdiyi məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib. Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün əməkdaşımız T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərimizə cavab verməyib.

AzNews.az