Bakı-Qazax yolunda ağır qəza: ölən var

30 Dekabr 2017 11:13 (UTC+04:00)

Lent.az xəbər verir ki, magistralın 337-ci kilometrliyində - Goranboy rayonu ərazisində "VAZ 2107" markalı minik avtomobili yolu keçməyə çalışan yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı ölən şəxsin Goranboy sakini, 83 yaşlı Mahmud Dəmirov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

AzNews.az