Goranboyda 83 yaşlı kişini maşın vuraraq öldürüb

30 Dekabr 2017 12:56 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-21074 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az