Vladimir Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

30 Dekabr 2017 13:40 (UTC+04:00)

AzNews.az Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayıb.

Rusiya prezidenti bu 25 ildə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edib.

O, iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv əməkdaşlıq və dialoq mühitinin gələcəkdə də davam edəcəyinə ümid etdiyini söyləyib.

Rusiya prezidenti təbrikdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin yüksək önəm daşıdığını əlavə edib.