AzNews.az New York Times-a istinadən xəbər verir ki, təkcə İllinoys ştatının Çikaqo şəhərində 2 nəfər dünyasını dəyişib.
Kanzasda qarda sürüşmə nəticəsində baş verən yol qəzasında 4 nəfər ölüb.
Cənubi Dakota ştatında 83 yaşlı qadın qarda donaraq ölüb.
Minnesota ştatında temperatur mənfi 17 dərəcəyə düşüb.
Miçiqanda qarlı hava 30-a yaxın yol-nəqliyyat hadisəsinə səbəb olub.
Nyu-York isə son 110 ilin ən aşağı temperaturlu soyuq havasını yaşayır.