Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub

30 Dekabr 2017 16:38 (UTC+04:00)

AzNews.az MN-ə istinadən xəbər verir ki, yekun iclasında Hərbi Dəniz Qüvvələri komandanının və komandan müavinlərinin döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti ilə bağlı aidiyyəti üzrə məruzələri dinlənilib.
Sonda Müdafiə Nazirliyi rəhbərliyinin bayram təbrikləri şəxsi heyətə çatdırılıb və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Hərbi Dəniz Qüvvələri komandanı adından mükafatlandırılıb.