Mənzildən oğurluq edən 11-ci sinif şagirdləri tutulub

30 Dekabr 2017 19:27 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini olan bir nəfər qadın dekabrın 6-da rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək evindən 5000 manat pul və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə dekabrın 28-də oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Talıbov Kənan Gülağa oğlu və Salmanov Allahyar Qərib oğlu saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Oğurlanan pulun bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.