Peterburqda mağazada partlayış törədən şəxs saxlanılıb

30 Dekabr 2017 19:39 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə FTB məlumat yayıb.

"Rusiya FTB tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasının ticarət zalında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb", — deyə məlumatda bildirilir.