AzNews.az xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, Neftçala rayonuna ayrılan yol ayrıcında 90-NV-317 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə kolbasa məhsulları daşıyan 90-ZT-270 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sərnişini 51 yaşlı Sabirabad rayon sakini Kazım Mirabbas oğlu Qasımov və hələlik şəxsiyyəti müəyyən edilməmiş daha bir qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı DYP-da araşdırmalara başlanılıb.