“Zirə” 4 futbolçunu heyətinə qatdı - Foto

30 Dekabr 2017 20:36 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayev heyətə cəlb olunub.

Mütəllimov və Aslanlı ilə 2,5 illik, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1,5 illik müqavilə bağlanılıb. Abdullayev isə mövsümün sonuna qədər “Zirə”nin formasını geyinəcək.