Şəkidə yüksək dağlıq ərazidə baş vermiş yanğınla bağlı rəsmi açıqlama

31 Dekabr 2017 11:30 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "Onların səyi nəticəsində yanğın dünən söndürülüb. Naməlum səbəblərdən baş vermiş yanğın zamanı 1, 2 hektara yaxın ərazidə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib".

İ. İbrahimova qeyd edib ki, yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

AzNews.az