57 yaşlı məşhur aktyor öldü

31 Dekabr 2017 12:37 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur rus teatr və kino aktyoru Aleksandr Şavrin dünyasını dəyişib.

Bir həftə əvvəl artistin 57 yaşı tamam olub.

Son illər o, xərçəng xəstəsi olub.

Ötən əsrin 80-ci illərində o, Mayakovski adına teatrda işləyib. Aktyor Anna Ardova ilə evli idi, onların bir qızı və bir oğlu var.