Moskvada hava reysləri təxirə salındı

31 Dekabr 2017 13:39 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından pis hava şəraiti ucbatından reyslər ləngiyir.

Vnukovo hava limanında 4, Şeremetyevo aeroportunda isə 5 reys ləngiyir.

Domodedovo hava limanında 9 reys ləngiyir, 18 reys isə ümumiyyətlə ləğv edilib.

Hava proqnozuna görə, bu gün Moskvada 1 və 3 dərəcə isti olacaq.