Küveytdə Dünya Azərbaycanlıların Həmrəylik Günü qeyd edilib

31 Dekabr 2017 15:26 (UTC+04:00)

Azərbaycanın Küveytdəki səfirliyindən AzNews.az-a verilən məlumata görə, öncə tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub.

Daha sonra tədbir iştirakçılarına Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanın müstəqillik əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr tarxinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bayram ziyafəti verilib.