“Azərsu”nun anbarında gənc oğlanın meyiti tapıldı

31 Dekabr 2017 18:34 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki "Azərsu" ya məxsus su anbarında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib.

Onun əqli zəhətdən çatışmazlığı olub.

Onun düşdüyü 3 metr hündürlüyündə su ilə dolu olan anbar Fəxri Xiyabanda ağacları sulamaq üçün nəzərdə tutulub.