5 ay əvvəl ailə quran cütlük qəzaya düşdü - Biri öldü

31 Dekabr 2017 19:40 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini, 26 yaşlı Xəyal Ağahüseyn oğlu Sirusun idarə etdiyi “Priora” markalı avtomaşın yaşadıqları kəndə dönmək istəyərkən qarşıdan gələn “Mercedes” markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü və 21 yaşlı həyat yoldaşı Nuranə Vahid qızı Kərimova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin ciddi səyinə baxmayaraq, sürücü Xəyal Sirusun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzaya uğrayan cütlük 5 ay əvvəl ailə qurubmuş.

Faktla bağlı araşdırmalara başlanılıb.