Bayram günü 1 nəfər liftdə qaldı

31 Dekabr 2017 21:26 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa liftdən çıxmağa kömək ediblər. Əməliyyat başa çatıb.​