Döş qəfəsindən bıçaqlandı

31 Dekabr 2017 21:44 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qarayeri qəsəbə sakini 1960-cı il təvəllüdlü Həsənov Sərdar döş qəfəsinin bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az