Ruhani etiraz aksiyalarına münasibət bildirdi

31 Dekabr 2017 21:59 (UTC+04:00)

AzNews.az PressTV-yə istinadən xəbər verir ki, Həsən Ruhani bildirib ki, etiraz aksiyalarında iştirak etmək iranlıların konstitusiya hüququdur, lakin "tənqid şiddətdən fərqlidir".

"Etirazlar, tənqid etmək insanların konstitusiya hüququdur ...Tənqid dövlət mülkiyyətinə zərər verən şiddətdən fərqlənir", - deyə İran prezidenti bildirib.

Cümə axşamı, İranın Məşhəd şəhərində təxminən 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Onlar İranın iqtisadi vəziyyətinə etiraz edib və hökumətə qarşı şüarlar səsləndirib. Polis, icazəsiz mitinqə qatılan və dövlət mülkiyyətinə ziyan vuran 52 nəfəri saxlayıb.