Bayram günü nişanlısı tərəfindən bıçaqlandı - Yevlaxda

1 Yanvar 2018 16:51 (UTC+04:00)

AzNews.az "Report”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.